Roma diktatoru Yuli Sezar martın 15-də Senat binasında sui-qəsd nəticəsində öldürülüb.Sezar Roma Senatında keçirilən iclas zamanı təxminən 60 nəfərlik sui-qəsdçi qrup tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qrupun başında senatorlar Mark Yuniy Brut və Qay Kassiy Lonqin dayanırdı.Tarixə “Martın idləri” kimi düşən bu hadisə Roma Respublikasının siyasi tarixində dönüş nöqtəsi hesab olunur.