#Xüsusi Təyinatlı Qüvvələr

İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın Qəssam briqadalarının iki xüsusi təyinatlı komandirinin öldürüldüyünü açıqlayıb. Məlumata görə, öldürülən şəxslər "Nuxba" bölməsinin üzvləri olub. Onların adlarının Əli Şəmləx və Nasir Luah olduğu bildirilib. İsrail ordusu hər iki şəxsin öz qüvvələri üçün birbaşa təhlükə yaratdığını iddia edib. Hadisənin çərşənbə axşamı gecəsi baş verdiyi qeyd olunub. Əməliyyatın təfərrüatları açıqlanmayıb. HƏMAS hələlik bu iddialara münasibət bildirməyib. Qəzza zolağında hərbi əməliyyatlar davam edir.

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür.Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da sona çatıb.