Bioqrafiya: Tanınmış simalar "Milli Görüş"ün memarı: Nəcməddin Ərbakanın həyat xronikası - Bu gün onun vəfat etdiyi gündür Türkiyənin dövlət və elm xadimi, 33-cü Baş Nazir Nəcməddin Ərbakan 29 oktyabr 1926-cı ildə Türkiyənin Sinop şəhərində dünyaya göz açıb. Onun nəsli Adanalı Oğuz türklərinin Avşar elindən olan Kozanoğullarına (Məhmət Səid Ərbakanın ailəsi) mənsubdur.