#Nyu-Yorkda partlayış: 6 nəfər həlak oldu

1993-cü il fevralın 26-da Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzində terror aktı törədilib. Günorta saat 12:18-də kompleksin yeraltı avtomobil dayanacağında partlayış baş verib. Partlayış nəticəsində çoxmərtəbəli nəhəng çuxur yaranıb və hadisə yerinə yaxın ərazidə bir neçə polad-beton konstruksiyalı mərtəbə uçub. Terror aktı göydələnlərin əsas konstruksiyasını tam dağıtmasa da, 6 nəfər həlak olub, 1000-dən çox insan xəsarət alıb. Kompleksə 500 milyon ABŞ dollarından artıq maddi ziyan dəyib.