İslam dinində müəzzin, namaz vaxtlarını möminlərə bildirmək üçün xüsusi çağırışı — əzanı oxuyan şəxsə deyilir. Müəzzinlik İslamın ilk illərindən bəri ən müqəddəs və şərəfli vəzifələrdən biri hesab olunur. İlk müsəlman müəzzini isə Həzrət Bilal Həbəşi olmuşdur.