#basketbol

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan olub. "Sportico" nəşri 8 idman növü və 28 ölkəni təmsil edən idmançıların yer aldığı 100 ən yüksək gəlirli idmançı siyahısını təqdim edib.

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir. AzerVoice xəbər verir ki, qızların mübarizəsində Azərbaycan millisi yarımfinalda Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 21:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin finaldakı rəqibi Rusiya - Belarus matçından sonra bəlli olacaq. Oyun saat 16:25-də start götürəcək.

2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025) 1/4 final mərhələsində Yunanıstan Litvanı 87-76 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yunanıstan 12 sentyabr, cümə günü keçiriləcək yarımfinal oyununda Türkiyə ilə üz-üzə gələcək. Görüş Latviyanın paytaxtında yerləşən “Arena Riga” zalında baş tutub. Matçı kanadalı Matt Kallio, ispaniyalı Antonio Konde və xorvatiyalı Martin Vuliç idarə ediblər.

İsrail ordusu Fələstin Milli Basketbol Komandasının keçmiş oyunçusu Məhəmməd Şalanı Xan Yunisdə humanitar yardım əldə etməyə çalışarkən atəşə tutaraq öldürüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, 40 yaşlı Şalan övladlarını qidalandırmaq üçün yardım dalınca getdiyi zaman hədəfə alınıb. Onun böyrək çatışmazlığı və sepsisdən əziyyət çəkən qızı üçün yemək və dərman axtardığı bildirilib. Qeyd edək ki, İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatları nəticəsində yüzlərlə mülki şəxs humanitar yardıma çıxış imkanlarından məhrum olub.

NBA-in final seriyasında Oklahoma City Thunder komandası Indiana Pacers üzərində həlledici yeddinci oyunda 103–91 hesablı qələbə qazanaraq klub tarixində ikinci dəfə NBA çempionu oldu.