#Nil və Fərat arasında Vəd edilmiş torpaqlar: Hakabinin qalmaqallı müsahibəsi

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi amerikalı teleaparıcı Taker Karlson ilə müsahibəsi zamanı verdiyi bəyanatlarla böyük bir qalmaqala səbəb olub. VOA xəbər verir ki, səfir ABŞ-dakı xristian millətçi cərəyanlar arasında geniş yayılmış dini təfsirlərə söykənərək, İsrailin bütün Yaxın Şərq torpaqlarını ələ keçirməsinin "məqbul" olacağını bildirib.