#Səudiyyə Ərəbistanından gələnlərin sayı 45% artıb

2026-cı ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və ya 5% artım deməkdir. Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və ya 44.9% artım deməkdir.