#Fonoqraf necə icad olundu? Edisonun dahi kəşfi

Edisonun Nyu-Cersi laboratoriyasında ərsəyə gətirdiyi bu cihaz əslində onun telefoniya və teleqraf sahəsində apardığı araşdırmaların bir növ əlavə məhsulu kimi ortaya çıxıb. İxtiraçı teleqraf mesajlarının təkrar ötürülməsini asanlaşdırmaq üçün Morze əlifbasını kağız rulon üzərindəki oyuqlar şəklində qeyd etmək metodunu hazırlayıb. Daha sonra bu prinsipi telefona tətbiq edən Edison, diafraqmanın vibrasiyasını metal iynə vasitəsilə əvvəlcə parafinli kağıza, daha sonra isə fırlanan qalay folqa ilə örtülmüş silindrə köçürməyə nail olub.