#Facemark və Mutfakçıdan möhtəşəm layihə: İM Forum 2026-nın detalları

“Facemark” və “Mutfakçı” şirkətlərinin birgə təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, innovativ şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu 2026 keçiriləcək. “Həyat Keyfiyyəti” konsepti əsasında keçiriləcək forum şəhərsalmadan başlayaraq inşaatın əsas mərhələləri, memarlıq həlləri, interyerin funksionallığı və mebelin yaratdığı komfortu əhatə edən bütün dəyər zəncirinə vahid və kompleks yanaşma təqdim edəcək.