Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən məktəbdə baş verən silahlı hücum nəticəsində azı 10 nəfər həyatını itirib, 25-dən çox şəxs yaralanıb. Kanada Polisi (RCMP) bildirib ki, məktəb binasında şübhəlidən əlavə altı nəfərin meyiti aşkar edilib. Ağır yaralanan iki nəfər hava nəqliyyatı ilə xəstəxanaya çatdırılıb. Daha bir yaralı isə xəstəxanaya aparılarkən dünyasını dəyişib. Hadisə ilə əlaqəli olduğu ehtimal edilən bir evdə isə daha iki nəfərin cəsədi tapılıb.