#Marko Rubionun qırmızı xətləri: ABŞ İrandan raket proqramını dayandırmağı tələb edir

İran Prezidenti Məsud Pezeşkian bazar günü bəyan edib ki, cümə günü ABŞ ilə aparılan danışıqlar "irəliyə doğru bir addımdır". O eyni zamanda vurğulayıb ki, Tehran heç bir təhdidə dözməyəcək. Pezeşkian "X" sosial şəbəkəsindəki paylaşımında bildirib: "Regiondakı dost hökumətlərin təqib səyləri sayəsində baş tutan İran-ABŞ danışıqları irəliyə doğru bir addım oldu".