#Beynəlxalq Musiqi Festivalı

Qarabağın qədim torpağında – Şuşa şəhərində, məşhur Cıdır düzündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə möhtəşəm IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub. Ənənəvi olaraq festivalda təkcə Azərbaycanın incəsənət xadimləri deyil, həm də müxtəlif ölkələrdən musiqi kollektivləri və solistlər iştirak edirlər. Bu il festivalda ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrin nümayəndələri yer alıblar.

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə artıq ikinci ildir keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirib.