Danışıqlar real yanaşma əsasında və həddindən artıq tələblərdən uzaq şəkildə aparılarsa, müsbət istiqamətdə irəliləyə bilər. Bu barədə Şəmxani “Al Jazeera” telekanalına açıqlamasında qeyd edib. İran Müdafiə Şurasının katibi və İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şəmxani Omanda keçirilən İran-ABŞ danışıqlarına münasibət bildirib.
#Əli Şamxani
Şamxani nüvə danışıqları çərçivəsində Rusiyanın mümkün alternativ kimi təqdim olunmasına toxunaraq, “Zənginləşdirilmiş materialın İran ərazisindən çıxarılması üçün heç bir əsas yoxdur” deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və ölkənin daxili imkanları çərçivəsində həyata keçirilir.