#Pentaqon İran İnqilabı Keşikçiləri Korpusundan peşəkar davranış tələb edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Hörmüz boğazında elan edilmiş hərbi təlimlər zamanı təhlükəsiz və peşəkar davranmağa çağırıb. AzerVoice xəbər verir ki, ABŞ tərəfi rəsmi bəyanatla çıxış edərək, manevrlər zamanı İran tərəfindən törədilə biləcək hər hansı qeyri-təhlükəsiz hərəkətə dözməyəcəyini kəskin şəkildə bildirib.