5 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2588024706 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
#Mərkəzi Bankın notları üzrə hərrac keçiriləcək
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi məqsədilə Bakı Fond Birjasında hərrac təşkil olunacaq. 28 və 29 yanvar 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin qəbulu saat 11:00-dan 11:30-dək həyata keçiriləcək. Məlumata görə, hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Bununla yanaşı, notların sonrakı mərhələdə alqı-satqısı, girov, REPO və digər əməliyyatları üzrə tərəf qismində istənilən şəxs çıxış edə biləcək.