#Azerbaycan yaratıcı endüstriler forumuna katıldı

Azərbaycan yaradıcılıq və əl işi sənayelərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində növbəti addım atılıb. Dövlət Turizm Agentliyi Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda Azərbaycanı milli stendlə təmsil edib. 22–26 yanvar tarixlərini əhatə edən forum Omanla yanaşı, müxtəlif ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.