#Vision 2030 çərçivəsində növbəti meqa-layihə təxirə salındı

Səudiyyə Ərəbistanı rəhbərliyi paytaxt Riyadın yeni simvolu kimi təqdim edilən nəhəng “Mukaab” göydələni layihəsini qeyri-müəyyən müddətə dondurub. Kub formalı və ölçülərinə görə “dünyanın ən böyük binası” kimi planlaşdırılan “Mukaab” layihəsinin maliyyə tutumu və iqtisadi səmərəliliyi yenidən qiymətləndirilir. Mənbələrin məlumatına görə, layihənin icrası Səudiyyə Ərəbistanının investisiya prioritetlərinə yenidən baxması fonunda dayandırılıb.