#Azərbaycan-Özbəkistan elmi tərəfdaşlığı yeni mərhələdə

Azərbaycan ilə Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni bir təşəbbüs irəli sürülüb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində hər iki ölkənin alimləri üçün birgə elm müsabiqəsi elan edilib.