#Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)

Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında (BFB) yerli valyutada (manat) emissiya etməyə marağı var. Bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib. “Ötən il Bakı Fond Birjası olaraq texnoloji infrastrukturumuzun tam və dərin diaqnostikasını apardıq. Ticarət sistemlərimiz vahid platforma üzərində qurulub və həmin platforma üzrə geniş yoxlamalar həyata keçirildi. Diaqnostikanın nəticələrinə əsasən sistemin harmonizasiyası və sabitliyinin artırılması məqsədilə “in-house stabilization” (daxili stabilizasiya) işləri görüldü. Paralel olaraq bir neçə stress test (yüksək yüklənmə sınaqları) aparıldı ki, platformanın böyük həcmli əməliyyatlara tam hazır olduğuna əmin olaq.