#SOCAR-ın Kompleks Qazma İşləri Tresti

“Quality & Document Management System” (QDMS) platforması “Kompleks qazma işləri” trestində uğurla istifadəyə verilib. Sözügedən platforma keyfiyyətə əminlik və nəzarət mexanizmlərinin şəffaf, izlənəbilən və standartlara uyğun şəkildə idarə olunmasını təmin edir. Növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələli şəkildə genişləndiriləcəkdir. Bu cür platformaların tətbiqi SOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlı təkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.