#hipersəsli raket

Şimali Koreya lideri Kim Çen Inın dünən paytaxt Pxenyanda izlədiyi təlimdə hipersəsli raketin buraxıldığı bildirilib. Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya ordusuna bağlı “böyük atəş gücü hücum qrupuna” daxil olan alt bölmə “ölkənin müharibə çəkindirmə qabiliyyətini və silah sistemlərinin hazırlıq səviyyəsini sınaqdan keçirmək məqsədilə” dünən raket buraxılışı üzrə təlim keçirib. Kim Çen Inın şəxsən nəzarət etdiyi təlim zamanı hipersəsli raket Pxenyandan şimal-şərq istiqamətinə buraxılıb və Yapon dənizindəki (Şərq dənizi) hədəfləri 1000 kilometr məsafədən vurub.