Myanmanın hərbi xuntası ölkənin Britaniya müstəmləkə hakimiyyətindən müstəqilliyinin 78-ci ildönümü münasibətilə elan etdiyi amnistiya çərçivəsində 6 min 100-dən çox məhbusun azadlığa buraxıldığını açıqlayıb. Hakimiyyət orqanları bir sıra digər məhbusların da cəza müddətini azaldıb. Azadolma prosesinin bir neçə gün davam edəcəyi gözlənilir.