#Regional moda həftələri

Azərbaycanın “Böyükfırat” Qrupu ilə Türkiyənin aparıcı moda markalarından “Les Benjamins” A.Ş. arasında qarşılıqlı paylama və markanın regionda yayılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb. Saziş II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda, Türkiyə Respublikası Baş nazirinin müavini Cevdet Yılmaz və Azərbaycan Baş naziri Əli Əsədovun himayəsində rəsmi şəkildə qüvvəyə minib. Sazişi “Böyükfırat” Qrupu CEO-su Məhəmməd Əli Böyükfırat və “Les Benjamins” şirkətinin direktoru Bünyamin Aydın nümayəndəsi Gökçə Gökpınar vasitəsilə imzalayıblar.