Böyük Britaniyanın paytaxtı Londonda on minlərlə insan iki ayrı etiraz aksiyasında iştirak edib. Polis təhlükəsizliyin təmin olunması üçün minlərlə əməkdaş və xüsusi texniki vasitələr səfərbər edib.
#ictimai asayiş
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Türkiyədə son bir həftə ərzində jandarma qüvvələri tərəfindən keçirilən əməliyyatlar çərçivəsində dələduzluq, sələmçilik və miqrant qaçaqmalçılığı ilə məşğul olan 7 ayrı mütəşəkkil cinayət qrupuna qarşı tədbirlər görülüb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, əməliyyatlar nəticəsində son 5 il ərzində hesablarında 251 milyon lirəlik maliyyə dövriyyəsi müəyyən edilən 67 şübhəli şəxs saxlanılıb.