#12 Dekabr - Ulu Öndər Heydər Əliyevin anım günü

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, mədəniyyətimizin böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.