#ASAN Könüllüləri

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.

Bu gün Quba ASAN Xidmət Mərkəzinin Təlim-tədris binasında ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Quba 1 saylı Məntəqə Təlim Mərkəzinin direktoru, hüquqşünas-mediator Hümmət Əliyevin təqdimatında baş tutub. O, iştirakçılara insan hüquqlarının tarixi inkişafı, beynəlxalq hüquqi sənədlər, hüquqların müdafiəsi mexanizmləri və mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu barədə geniş məlumat verib.