#Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA)

ABŞ Dövlət Departamenti Livana 90,5 milyon dollar dəyərində orta sinif taktiki hərbi nəqliyyat vasitələrinin mümkün satışına razılıq verib. Açıqlamada bildirilir ki, sözügedən taktiki vasitələrin və əlaqəli avadanlıqların satışı Livan Silahlı Qüvvələrinin mövcud və gələcək təhlükələrlə mübarizə qabiliyyətini artıracaq, həmçinin ölkənin terrorla mübarizə fəaliyyətlərinin daha effektiv həyata keçirilməsinə imkan verəcək.