Futbolda mərclik araşdırmaları çərçivəsində, sabiq hakim və şərhçi Ahmet Çakar da daxil olmaqla çox sayda futbolçu və klub rəhbəri saxlanılıb. İstanbul Cumhuriyyət Baş Prokurorluğu, ictimaiyyətdə “Futbolda Mərclik Araşdırmaları” kimi tanınan araşdırma çərçivəsində həyata keçirilən yeni əməliyyatla bağlı açıqlama yayıb. Prokurorluğun yazılı açıqlamasında qeyd olunub ki, əməliyyat Maliyyə Cinayətlərini Araşdırma İdarəsi (MASAK) məlumatları, qanuni mərclik saytlarından əldə olunan məlumatlar, açıq mənbə araşdırmaları və Peşəkar Futbol Disiplin Qurulu (PFDK)-nın 13 noyabr 2025-ci il tarixli iclasında cəza almış 101 futbolçuya dair analizlər əsasında həyata keçirilib.