#Azərbaycan-Ermənistan sülh gündəliyi

Cari ilin yanvar ayında Azərbaycandan Ermənistana 2,404 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp cümə günü açıqlayıb ki, ABŞ Vitse-prezidenti JD Vance fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək. Səfərin məqsədi “son sülh təşəbbüslərini davam etdirmək”dir. 2023-cü ildə Azərbaycan tərəfindən nəzarətə alınan Dağlıq Qarabağ bölgəsi ilə bağlı onilliklərdir davam edən münaqişəni başa çatdırmaq üçün Ermənistan və Azərbaycan 2023-cü ilin avqust ayında ABŞ-ın vasitəçiliyi ilə bir sülh sazişi imzalayıblar.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib. Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub. Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.