Mədəniyyət Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlanıb Yeni növrağını yaşayan Kəlbəcər şəhərində, sözün əsl mənasında, bayram ab-havası var. Füsunkar dağlarla əhatə olunan, dəniz səviyyəsindən təxminən 1500 m hündürlükdə qərar tutan bu ulu yurdumuz paytaxtdan və bölgələrdən gəlmiş qonaqlara qucaq açıb.