#İordaniya Qəzzadan 20 uşağı tibbi müalicə üçün təxliyə etdi

Çərşənbə axşamı 20 xəstə uşaq və onlara müşayiət edən 58 ailə üzvü tibbi müalicə üçün İordaniyaya gətirilib. Bu, mart ayında kral sərəncamı ilə başlanan və fələstinlilərə dəstək məqsədi daşıyan “İordaniya Tibb Dəhlizi” humanitar təşəbbüsü çərçivəsində təxliyə olunan 17-ci uşaq qrupudur.