Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan şəhərində yerləşən “Cümə” və “Heydər” məscidlərini, həmçinin “Diri Baba” türbəsini ziyarət edib. Dini ibadət yerlərində yaradılmış şəraitlə tanış olan Ramin Məmmədov din xadimləri ilə görüşlər zamanı ölkədə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu, bu sahədə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsinin cəmiyyətin sabit inkişafında mühüm rol oynadığını qeyd edib.
#din xadimləri ilə görüş
Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək. Forumun mövzusu “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” olacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 20-də Sabirabad şəhərindəki “Heydər” məscidi və Sabirabad rayonu Əhmədabad kənd məscidini ziyarət edib. Görüşlərdə əsas diqqət dini maarifləndirmənin gücləndirilməsi, dini ayinlərin icrasında vahid yanaşmanın tətbiqi kimi praktiki məsələlərə yönəldilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, dini sahədə maarifləndirmə işinin təşkili və gənclərin zərərli təsirlərdən qorunması bölgələr üçün xüsusi əhəmiyyət kəsb edir.