Fidan, Kipr türk xalqının böyük fədakarlıqlar və çətin mübarizələr nəticəsində qurduğu KKTC-nin ildönümünü təbrik edib və Kipr məsələsinin ada reallıqları əsasında ədalətli, davamlı və uzunmüddətli həllinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Kiprdə həll yolu adada iki dövlətin yanaşı şəkildə mövcudluğundan keçir. Bu prosesin irəliləməsi üçün Kipr türklərinin suveren bərabərlik və bərabər beynəlxalq status kimi əsas hüquqlarının tanınması zəruridir.