#MÜSİAD Azərbaycan

Quba İş Adamlarına Dəstək-QİAD platformasının İdarə Heyətinin sədri Cabbar Heybətovun rəhbərlik etdiyi nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib. Bu haqda AzerVoice QİAD-dan daxil olan məlumatda deyilir.

“Bir millət, iki dövlət” devizinə və qardaşlıq prinsipinə əsaslanan Azərbaycan-Türkiyə iqtisadi əlaqələri dərin tarixi köklərə malikdir. Bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Hazırda ölkəmizdə sənaye, telekommunikasiya, bank və sığorta, inşaat və digər sahələrə yüzlərlə Türkiyə şirkətləri fəaliyyət göstərir. İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində sahibkarlıq birliklərinin üzərinə böyük vəzifələr düşür.