Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Hümmət Əliyevin sözlərinə görə, mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mübahisə tərəflərinə könüllü razılıq əldə etməyə kömək edən müstəqil və qərəzsiz şəxsdir.
#Mediatorların akkreditasiyası
Son illərdə mediasiya institutu dünya praktikasında olduğu kimi, Azərbaycanda da hüquq sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Məhkəmədənkənar mübahisə həlli mexanizmi kimi mediasiya həm vətəndaşlar, həm də hüquqşünaslar üçün getdikcə daha cəlbedici olur. Mövzunu daha dərindən anlamaq üçün Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyevlə söhbətləşdik.