Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. C.İşbilir Azərbaycan Prezidenti tərəfindən təsis edilmiş bu medalla təltif olunmağın onun üçün qürur mənbəyi olduğunu vurğulayıb.
#Azərbaycan milli mətbuatı
Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşları Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Trend Beynəlxalq İnformasiya Agentliyinin 9 əməkdaşı, Day.az xəbər portalının 4, Milli.az xəbər portalının 1 və Azernews qəzetinin 2 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalları ilə təltif ediliblər.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar MEDİA və RİİB könüllüləri Zərdab şəhərinə səfər ediblər