#Azərbaycan İstiqlal Muzeyi

Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib. Tədbir Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliklərinin, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb.

22 oktyabr 2025-ci il tarixində Bakı Yunus Emre İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel proqramı keçiriləcək. Tədbir saat 11:30-da Azərbaycan İstiqlal Muzeyində baş tutacaq. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşır.