#İRİA

Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha iki yeni xidmət istifadəyə verilib. Artıq istifadəçilər mülki pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi və PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərini rəqəmsal şəkildə “mygov” platforması üzərindən göndərə bilərlər.

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər. Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.

Tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə “GAIA” və “Awero” adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.