7-8 oktyabr tarixlərində Bakıda keçirilmiş Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum) çərçivəsində KOB-ların dəstəklənməsi, İslam maliyyəsi, halal biznesin idarə olunması, KOB-ların yaşıl keçidi, halal turizm və halal sənayenin inkişafında qadınların roluna dair panel müzakirələr təşkil olunub.
#AZHAB Forum 2025
AZHAB Forumu çərçivəsində Bakıda səfərdə olan Malayziyanın “Muslim Insiders” Ticarət Palatasının prezidenti Prof. Adam Richman və palatanın üzvü “KNKV Group” şirkətinin rəhbərliyi MÜSİAD Azərbaycan ofisində görüş keçirib.
Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsis toplantısı və ilk iclası keçirilib. Bildirilib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Vurğulanıb ki,şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.
Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu – AZHAB Forum 2025 keçirilir. Ötən ildən sonra ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes Forumu, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, həmçinin “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə təşkil olunur.
Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov halal ticarətin müasir biznes modeli kimi formalaşmasının vacibliyini vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Bilişim Vadisi arasında Anlaşma Memorandumu bağlanıb. Sənədə əsasən, Bilişim Vadisi Bakı İqlim Bəyanaməsinə dəstəyini ifadə edib. Memorandum “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” istiqamətləri üzrə maarifləndirmə tədbirlərinin və ortaq təşəbbüslərin həyata keçirilməsini, həmçinin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan müxtəlif dövlət və təşkilatlara halal sertifikatlaşdırma xidməti göstərir ki, bunlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutudur. Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. “İnstitut Türkiyə Respublikasının halal akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuşdur və halal uyğunluq sertifikatı təqdim etmək hüququna malikdir”, - deyə Təhməzli bildirib.
Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin təqribən 11 minə yaxın şirkəti fəaliyyət göstərir. Bu sözləri Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. “Azərbaycan ilə İƏT ölkələri arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil etmişdir” - deyə Elnur Əliyev bildirib. O, bildirib ki, bu rəqəm qarşılıqlı əlaqələri nümayiş etdirməklə yanaşı, Azərbaycanın təşkilatın üçün mühüm təşəbbüskar və tərəftar olma rolunu bir daha təsdiqləyir.
Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb. Bu il ikincisi keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir.