Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik. Bu fikirləri Ruanda Prezidenti Pol Kaqame Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatı zamanı deyib.
#Pol Kaqame
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib.Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Ruanda Prezidentinə Şəhidlər xiyabanının tarixi, şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycanda rəsmi səfərdə olan Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.