Türkiyə Ticarət naziri Ömər Bolat, Liviyanın Nəqliyyat naziri Məhəmməd Salim əş-Şəhubi ilə Ankarada keçirilən görüşdə Liviyalı vətəndaşlar üçün yeni vizə sisteminin tətbiq edildiyini açıqlayıb. Nazir bildirib ki, 15 sentyabr 2025 tarixindən etibarən Liviyalılar üçün uzunmüddətli və çoxgirişli vizə proseduruna başlanılıb. Bolat, bu qərarın iki ölkə arasındakı iqtisadi, ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu sistem Liviyalıların Türkiyəyə gəlişini asanlaşdıracaq və əlaqələri gücləndirəcək.