#Rutin həyatdan qaçış

Əvvəlcə qeyd etmək lazımdır ki, həyat yoldaşların bir-birinə sevgi və diqqət göstərməsi evliliyin əsas şərtlərindəndir. Buna görə də siz yaşadığınız bu vəziyyətin həllində səbirli və anlayışlı davranış nümayiş etdirməlisiniz.Yaşadığınız çətinlik, həqiqətən də, həm psixoloji, həm də emosional baxımdan ağırdır. Yeni evlilik və bunun üzərinə yeni doğulmuş körpə ilə birlikdə olmaq onsuz da böyük bir uyğunlaşma prosesi tələb edir. Yoldaşınızın daim ayrı yatması, sizin yaxınlıq ehtiyacınızın ödənilməməsi bu prosesi daha da çətinləşdirir.