Türkiyə Prezidentliyi Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, Türkiyə artıq tank və zirehli texnika istehsalında dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, 682 min kvadratmetrlik ərazidə inşa olunan yeni zavodda robotlaşdırılmış qaynaq sistemləri ilə ildə 96 “Altay” əsas döyüş tankı istehsal olunacaq. ALTAY Tankının Seriya İstehsal Zavodunun açılış mərasimində çıxış edən Görgün vurğulayıb ki, hər yeni istehsal müəssisəsi Türkiyənin müdafiə sənayesində tam müstəqilliyə atılmış möhür, hər yerli texnika isə xalqın iradə və əzm rəmzidir.
#Türkiyə müdafiə ixracı
Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqi sayılan “Defense News Top 100” siyahısında bu il beş Türkiyə şirkəti yer alıb. Siyahıda ASELSAN 43-cü, TUSAŞ 47-ci, Roketsan 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi" (MKE) isə 80-ci pillədə qərarlaşıb. Şirkətlər arasında ən böyük yüksəlişi ASFAT nümayiş etdirib. Belə ki, şirkət ötən illə müqayisədə 16 pillə irəliləyib.