#Volfsburq

Harri Keyn Bundesliqada ötən ayın ən yaxşı futbolçusu seçilib. "Bavariya"nın hücumçusu dekabr ayının yekunlarına əsasən bu mükafata layiq görülüb. Səsvermədə o, komanda yoldaşları Maykl Olise və Yozip Stanişiçi, həmçinin Patrik Vimmeri ("Volfsburq"), Yan Diomande və Kristofer Baumqartneri (hər ikisi "Leyptsiq") qabaqlayıb.

Avropanın ən böyük avtomobil istehsalçısı olan Volkswagen, Almaniyanın Drezden şəhərində yerləşən zavodunda avtomobil istehsalını rəsmi olaraq dayandırıb. Çərşənbə axşamı etibarilə istehsal xətlərinin bağlanması ilə şirkət 88 illik tarixində ilk dəfə Almaniya ərazisində yerləşən bir müəssisəsində istehsalı tamamilə dayandırmış oldu.

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.