#Qalatasaray

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Kurulu (PFDK) "Turkcell Süper Kupa" oyununda baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb. TFF-nin rəsmi saytında yer alan məlumata görə, "Qalatasaray" klubu ümumilikdə 1 milyon 320 min lirə cərimə olunub. Bu məbləğin 220 min lirəsi azarkeşlərin törətdiyi meydan hadisələrinə, 1 milyon 100 min lirəsi isə komandanın kupa mükafatlandırma mərasiminə (seremoniyasına) qatılmamasına görə kəsilib. Eyni qarşılaşmada "Fənərbaxça" klubu da azarkeşlərinin səbəb olduğu hadisələrə görə 330 min lirə cərimə edilib.

Qalatasaray ilə Fənərbağça arasında sabah Atatürk Olimpiya Stadionunda keçiriləcək Superkubok oyununun başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Bildirilib ki, meteoroloji qiymətləndirmələr və klub rəsmiləri ilə aparılan müzakirələrdən sonra matçın vaxtında dəyişiklik edilməsi qərara alınıb.

Qalatasaray və Fənərbaxça sabah keçiriləcək Turkcell Super Kubok finalında tarixdə 405-ci dəfə qarşılaşacaqlar. Atatürk Olimpiya Stadionunda oynanılacaq matç 19-cu Super Kubokun qalibini müəyyən edəcək. Atatürk Olimpiya Stadionunda keçiriləcək matç saat 21:30-da başlayacaq. Matçı Halil Umut Meler idarə edəcək. Melerin köməkçiləri İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara olacaq. Dördüncü hakim Ozan Ergün olacaq.

“Napoli” bu qış “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mayno ilə maraqlanır. 20 yaşlı ingilis futbolçu İtaliya çempionları üçün prioritet transfer hədəfi sayılır. Lakin transfer yalnız Noa Lanqın komandadan ayrılması halında mümkün ola bilər. Lanq hazırda “Qalatasaray”ın maraq dairəsindədir. Tərəflər arasında danışıqların yaxın həftələrdə intensivləşəcəyi gözlənilir.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan “futbolda mərc və oyun alveri ” istintaqı çərçivəsində, aralarında 14 futbolçu və keçmiş “Qalatasaray” İdman Klubunun rəhbərlərindən Erden Timurun da olduğu 29 şübhəli barəsində saxlanılma qərarı verilib. İstintaq çərçivəsində MASAK və qanuni mərc saytlarından əldə olunan məlumatlar araşdırılıb. Araşdırmalar zamanı bəzi futbolçuların özlərinin meydana çıxacaqları qarşılaşmalara “rəqib komanda qalib gələr” məzmununda mərc etdikləri müəyyən edilib.

Trendyol Süper Liqasının 16-cı turunda Qalatasaray bu axşam Antalyasporun qonağı olacaq. Corendon Airlines Park Antalya stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu hakim Əli Yılmaz idarə edəcək. Süper Liqanın əvvəlki 15 turunda 11 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət əldə edən sarı-qırmızılı komanda 36 xalla, ən yaxın izləyicisi Trabzonsporun 2 xal önündə liderliyini qoruyur.

Futbolda mərclik araşdırmaları çərçivəsində, sabiq hakim və şərhçi Ahmet Çakar da daxil olmaqla çox sayda futbolçu və klub rəhbəri saxlanılıb. İstanbul Cumhuriyyət Baş Prokurorluğu, ictimaiyyətdə “Futbolda Mərclik Araşdırmaları” kimi tanınan araşdırma çərçivəsində həyata keçirilən yeni əməliyyatla bağlı açıqlama yayıb. Prokurorluğun yazılı açıqlamasında qeyd olunub ki, əməliyyat Maliyyə Cinayətlərini Araşdırma İdarəsi (MASAK) məlumatları, qanuni mərclik saytlarından əldə olunan məlumatlar, açıq mənbə araşdırmaları və Peşəkar Futbol Disiplin Qurulu (PFDK)-nın 13 noyabr 2025-ci il tarixli iclasında cəza almış 101 futbolçuya dair analizlər əsasında həyata keçirilib.