Hoylundun Bavariyaya icarəyə verilməsi imkanı klub prezidenti Uli Hönessin son vaxtlar müdafiə etdiyi transfer strategiyasına uyğun gəlir. Lakin Münhen təmsilçisinin rəhbərliyində bu keçidə hələ də ehtiyatla yanaşanlar var. Danimarkalı hücumçu Bavariya üçün əsas hədəf sayılmır və Harri Keynin ehtiyatı kimi düşünülür. Bu isə Hoylundun Mançester Yunayteddəki vəziyyətinə bənzər bir durum yarada bilər.