ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər yerli hakimiyyət orqanları ondan xahiş etsələr, cinayətkarlıqla mübarizə aparmaq üçün Amerikanın böyük şəhərlərinə Milli Qvardiya göndərəcək. Bu barədə Tramp video-müraciətində deyib. “Çikaqoya kömək lazımdır, digər şəhərlərə də kömək lazımdır və biz bunu edəcəyik, çünki Amerikada təhlükəsizliyi bərpa etməyə hazırlaşırıq” - deyə, o qeyd edib. Dövlət başçısı, bir çox şəhərlərdə cinayətkarlıq səviyyəsinin yüksək olduğunu vurğulayıb və bunun səbəbini yerli hakimiyyətin yürütdüyü yanlış siyasətdə görüb. O, misal üçün, Şimali Karolinanın Şarlott şəhərində 23 yaşlı ukraynalı İrina Zarutskayanın qətl hadisəsini göstərib. Tramp bundan əvvəl bu qətlin məsuliyyətini daha əvvəl məhkum olunmuş amerikalı tərəfindən törədildiyini və məsuliyyətin demokratların üzərində olduğunu bəyan etmişdi.
#Milli Qvardiya
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi 80 dəqiqəlik mətbuat konfransında qalmaqallı bəyanatlarla çıxış edib. O, öz siyasətlərinin avtoritar meyillər daşıdığı barədə ittihamlara cavab verib. “Çoxları deyir ki, bəlkə də biz diktator istəyirik. Mən diktatorları sevmirəm, mən diktator deyiləm. Mən sağlam düşüncəyə sahib, ağıllı bir insanam.”-deyə o qeyd edib.
ABŞ prezidenti Donald Trampın Vaşinqtonda təhlükəsizliyi bərpa etmək məqsədilə fövqəladə vəziyyət elan etməsindən sonra Milli Qvardiya bölmələri paytaxta göndərilməyə başlanıb. Hazırda Vaşinqton və ətraf ştatlardan olan 800 nəfərlik Milli Qvardiya qüvvələri hissə-hissə şəhərə daxil olaraq xidmət yerlərinə yerləşdirilir.