UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasına satılan biletlərin sayı bəlli olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşmaya ümumilikdə 27 min 250 bilet satılıb. Qeyd edək ki,Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" – "Çelsi" oyunu 21:45-də start götürəcək.
#UEFA Çempionlar Liqası
Qalatasaray UEFA Çempionlar Liqasının üçüncü turunda Norveçin Budyo-Qlimt komandası ilə qarşılaşacaq və Avropa kuboklarındakı 331-ci matçına çıxacaq. 1956-1957 mövsümündən başlayaraq fərqli turnirlərdə 37 müxtəlif ölkədən 112 fərqli komandaya qarşı mübarizə aparan sarı-qırmızılılar ümumilikdə 330 oyun keçirmişdir. Bu mövsüm ilk dəfə qarşılaşacağı Büdö-Qlimt isə Qalatasarayın 113-cü rəqibi olacaq. Avropa oyunlarında 117 qələbə, 124 məğlubiyyət və 89 heç-heçə qazanan Qalatasaray rəqib filelərinə 453 qol vurub, öz qapısına isə 503 qol buraxıb.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda Azərbaycanı təmsil edən "Qarabağ" komandası növbəti vacib oyununa çıxacaq. "Qarabağ" bu dəfə İspaniyanın məşhur klubu "Atletik Bilbao" ilə qarşılaşacaq. Matç "San Mames" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü həftəsində keçiriləcək Fənərbaxça–Ştuttqart oyununun hakim təyinatı açıqlanıb. UEFA-nın məlumatına görə, qarşılaşmanı Danimarka Futbol Federasiyasından Jakob Kehlet idarə edəcək. Ona Lars Hummelqaard və Wollenberq Rasmussen kömək edəcəklər. Oyunun dördüncü hakimi Mikkel Redder, VAR hakimi Jonas Hansen, AVAR isə Jens Maae olacaq. Fənərbaxça, Almaniyanın Ştuttqart komandasını 23 oktyabr, cümə axşamı günü, saat 20:45-də Çhobani Stadionunda qəbul edəcək.
Bu axşam UEFA Çempionlar Liqasının həyəcan dolu qarşılaşmasında Qarabağ FK, “Tofiq Bəhramov” adına Respublika stadionunda Danimarka çempionu Kopenhagen komandasına qarşı parlaq bir performans göstərərək 2:0 hesablı qələbə qazandı. Azərbaycan təmsilçisi oyunun əvvəlindən sona qədər rəqibinə təzyiq göstərdi və bu dominant oyunun nəticəsi kimi erkən hesabı açdı.
UEFA Çempionlar Liqasının II turunda Qazaxıstanın Kayrat Almatı klubu doğma publika önündə İspaniya nəhəngi Real Madrid qəbul edəcək. Qeyd edək ki, ötən turda Kayrat Almatı Portuqaliyaya Sportinq səfərinə yollanmışdı. Həmin görüşdə Qazaxıstan təmsilçisi 4-1 hesabı ilə məğlub olmuşdu. Kral klubu isə isə ötən tur Marsel ilə qarşılaşıb və 2-1 hesablı qələbə qazanıb.
Məsələ FIFA prezidenti Canni İnfantino ilə Hakimlər Komitəsinin rəhbəri Pyerluidji Kollina arasında müzakirə olunub və tərəflər dəyişikliyin zəruriliyi barədə razılığa gəliblər. Qaydanın 2026–2027 mövsümündə qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqi tələb olunur.
Mançester Sitinin norveçli hücumçusu Erlinq Haaland futbol tarixində yeni rekorda imza atıb. Əvvəlki rekord hollandiyalı Ruud van Nistelrooya məxsus idi. O, Mançester Yunayted və Real Madrid formalarında 62 oyunda 50 qola çatmışdı. Haaland isə bu rekordu 13 oyun daha az müddətdə qıraraq futbol tarixində adını yazdırdı.
Barselona Avropa Çempionlar Liqasının ilk turunda İngiltərədə Nyukaslın qonağı olacaq. Komanda önəmli itkilərlə meydana çıxsa da, baş məşqçi Hansi Flik İngiltərə millisinin hücumçusu Markus Reşforda güvənir.
Klubun açıqladığı siyahıda ən diqqətçəkən çatışmazlıq Yamalın yoxluğu olub. Gənc futbolçu İspaniya millisində çıxış edərkən qasıq sümüyündə zədə alıb. İspaniya mətbuatının yazdığına görə, o, ağrını azaltmaq üçün onurğa nahiyəsinə iynə də vurulub və sentyabrın sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Barselona Yamalın oktyabrın 1-də PSJ ilə oynanılacaq oyuna yetişəcəyinə ümid edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.
2025/26 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycanı təmsil edəcək “Qarabağ”ın oyunlarının vaxtı müəyyənləşib. Ağdam təmsilçisi ilk matçını sentyabrın 16-da, Liqa mərhələsində sonuncu isə 2026-cı ilin yanvarın 28-də keçirəcək.