Formula 1 üzrə Azərbaycan Qran Prisinin müddəti uzadılıb. Formula 1 rəhbərliyi Bakı Şəhər Halqası Əməliyyat şirkəti ilə daha 4 illik müqavilə imzalayıb. Bununla yarışlar 2030-cu ilədək Bakıda keçirilməyə davam edəcək.
#Formula 1
Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin çərçivəsində Formula 2 üzrə sprint yarışı başa çatıb. “Hitech TGR” komandasının isveçli pilotu Dino Beqanoviç ən yaxşı nəticəni göstərib. Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin Motorsport” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS Lucas Oil”dən britaniyalı Cek Krauford birinci olub.
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində azarkeşlərin ən çox səbirsizliklə gözlədiyi tədbirlərdən biri – Fan Forum bu gün Dənizkənarı Bulvarın möhtəşəm atmosferində baş tutdu. Pilotların səhnəyə çıxışı gur alqışlarla qarşılandı, fanatlar isə onlara suallar ünvanladı, avtoqraflar topladı və xatirə şəkilləri ilə yarış həftəsinin həyəcanını əbədiləşdirdi.
Bakı şəhərində keçirilən “Formula 1 Qatar Airways” yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.
Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə üçüncü sərbəst yürüş start götürüb. Üçüncü sərbəst yürüşdən sonra sıralanma turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək. Xatırladaq ki, ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton birinci olub. Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
Bildirilib ki, “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
"Formula-2" kateqoriyasında sıralama turu başladı. Turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq. Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb. "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib. Onun komanda yoldaşı Oskar Piastri ikinci, İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək."Ferrari"dən Şarl Lekler üçüncü olub.
Daxili İşlər Nazirliyi (DİN) "Formula 1" yarışları zamanı azarkeş zonasına keçirilməsi qadağan edilən əşyaların siyahısını açıqlanıb.Bu gündən start götürən "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025" yarışlarının maneəsiz və təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə müəyyən əşyaların azarkeş zonasına keçirilməsi qadağandır.
Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.
Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir.
Bəzi məktəblərdə Formula 1-ə görə ənənəvi tədris gecikəcək. AzerVoice xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Bu məktəblərə 132,134,6 nömrəli məktəblər daxildir.
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 2025-ci il “Formula-1” dünya çempionatının 16-cı mərhələsi olan İtaliya Qran-prisinin qalibi olub. İkinci və üçüncü yerləri “McLaren” komandasının sürücüləri – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri tutublar. Qeyd edək ki, növbəti mərhələ 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək.